Təcrübə və məzunlarla iş bölməsi

      Naxçıvan Dövlət Universitetinin “Təcrübə və Məzunlarla İş Bölməsi” universitetin struktur bölməsidir.  “Təcrübə və Məzunlarla İş Bölməsi”  NDU rektorunun 3 aprel 2023-cü il tarixli,     1584 saylı əmri ilə tələbələrin müvafiq təhsil proqramının tərkib hissəsi olan ixtisas təcrübələrinin təşkilinin, keçirilməsinin, yekunlaşdırılmasının təşkili, bundan əlavə təhsil alanların bilik,   bacarıq və vərdişlərinin artırılması, təkmilləşdirilməsi, peşə hazırlıqlarının yüksəldilməsi istiqamətində, onları peşəkar fəaliyyətə hazırlamağa, gələcək iş fəaliyyətlərində onlar üçün zəruri   olan işlərin həllinə,  onların gələcəkdə uğurlu karyera qurmalarına, karyera planlaşdırılmasına dəstək olmaq üçün, həmçinin universitetin öz  məzunları ilə daim əlaqədə olması və   əlaqələrin inkişaf etdirilməsi məqsədilə yaradılmışdır.

  Təcrübə və məzunlara iş bölməsi öz vəzifələrini həyata keçirərkən NDU-nun strukturuna daxil olan  dekanlıqlar, kafedralar, şöbələr və bölmələrlə, həmçinin universitet adından dövlət     müəssiələri, özəl müəssisələr, digər nüfuzlu  yerli və beynəlxalq təşkilatlar və şirkətlərlə, fiziki və hüquqi şəxslərlə   əməkdaşlıq etməyi nəzərdə tutur.

 

   BÖLMƏNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

   Tələbələrin ixtisas təcrübələrinin təşkili, keçirilməsi və yekunlaşdırılması;

   Tələbələrin praktiki təcrübələrini artırmaq, ixtisasları ilə bağlı məlumatlandırılması istiqamətində işlərin görülməsi;

   Universitetlərin reytinqinin müəyyən edilməsində məzunların işə qəbul olunması əsas göstəricilərdən biri hesab olunduğundan bu istiqamətdə zəruri vəzifələrin  həyata keçirilməsinin       təmin edilməsi;

NDU-nun respublikamızın bölgələrində tanınması istiqamətində təbliğatların aparılması;

Tələbələrin, məzunların və əməkdaşların peşəkarlıqlarının artırılması məqsədilə onlara bilik, bacarıq və vərdişlərin artırılması və özünüinkişaf etdirlməsi yönündə dəstək göstərilməsi;

Tələbələrin əmək bazarında uğurlu və layiqli çıxış etmələrinə dəstək göstərilməsi;

Universitetin məzunları ilə daim əlaqədə olmaq və əlaqələrin inkişaf etdirilməsi;

Tələbələrin xarici ölkələrin universitetlərində təcrübələrinin təşkili;

Məzun bazasının yaradılması:

NDU-nu bitirən və uğurlu karyera quran, tanınmış, mütəxəssis kimi formalaşan məzunlarla  tələbələrin görüşünü təşkil etmək:

Məzunların işlə təmin edilməsi məqsədilə özəl və dövlət qurumları ilə əməkdaşlığın qurulmasının həyata keçirilməsi;

Tələbələrin tədqiqat işlərinin araşdırılması üçün müvafiq müəssisələrlə əlaqələrinin təmin edilməsi;

Tələbə təşkilatları ilə əməkdaşlıq edilməsi;

Tələbələrə karyera planlaması ilə bağlı məsləhətlərin verilməsinin təşkil edilməsi;

Əmək sərgiləri təşkil etmək, müəssisələrin vakansiya yerlərinin təqdimatının təşkil edilməsi;

Xarici universitetlərin və şirkətlərin bu sahədəki təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi;

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı ilə və ali təhsil müəssisələrinin karyera mərkəzləri ilə əməkdaşlıq;

 

TƏCRÜBƏ VƏ MƏZUNLARLA İŞ BÖLMƏSİNİN ƏMƏKDAŞLARI

HAQQINDA MƏLUMAT

Müdir: Seyidova Aynurə Mirmahmud qızı – Pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim

İnspektor: Orucov Çingiz Aydın oğlu

Təcrübə rəhbəri: İsmayılov Asiman Rizvan oğlu

 

Telefon: (+99436) 544-08-61  (10-17)

E-mail: tecrübe_mezun@ndu.edu.az

ndumezunlar1967@gmail.com

 

NDU-da 50 il bundan öncə Coğrafiya ixtisasını bitirən məzunlarla görüş keçirilib – https://youtu.be/NAfPQltiQwI

NDU-da Məzun günü keçirilib – https://youtu.be/SDvB8zMw9JQ

NDU-nun 18 məzunu xarici ölkə universitetlərinin magistri adını qazanıb – https://youtu.be/pTpcRmtY90M

50 il sonra NDU məzunları yenidən doğma təhsil ocağında bir araya gəlib – https://m.facebook.com/story.php?story_fbid=pfbid02NUjFrRpN5ktLTWdvYMb3kXSg3vgXVzKfWZWjVXmke2FMUMutWrAMGuhh4ZwPJXpol&id=100064446229450&sfnsn=wa&mibextid=RUbZ1f

 

NDU-nun tibb fakültəsinin tələbələri Türkiyənin nüfuzlu universitetlərində təcrübədə olublar –

https://m.facebook.com/story.php?story_fbid=pfbid02dZHRMPjaU5B1HZg4NSXfhioGoXjY6CSpBzvUbtbDdp14SdA5a1DbS7Vj5yX177rXl&id=100064446229450&sfnsn=wa&mibextid=RUbZ1f

Tibb fakültəsinin  tələbələri məhşur universitetlərdə təcrübədə olublar –https://m.facebook.com/story.php?story_fbid=pfbid0fSVfdHNNGWwMSrt83XEoUnCftj3jEQAztoYTJZLY2k6oQBrEUND4grXLqH9vGKK8l&id=100064446229450&sfnsn=wa&mibextid=RUbZ1f

NDU-da pedaqoji və istehsalat təcrübələrinin yekun konfransı keçirilib – https://m.facebook.com/story.php?story_fbid=pfbid0p3FttsF68eL7c8p1W27YmsRixfPnu2RAcXHGvXmrcj4H3mXBViyF7mfWDYUvEaw8l&id=100064446229450&sfnsn=wa&mibextid=RUbZ1f

Məzunlar

https://m.facebook.com/story.php?story_fbid=pfbid02n58qJyQM7KZ9gC2MAsb7tS4k8rmFj9aEdNdRXzwuh3HxsSFX5SgcXWm5n6bbptsil&id=100092667638023&sfnsn=wa&mibextid=RUbZ1f

Naxçıvan Dövlət Universitetində yeni dövrün bacarıqlarına dair seminar keçirilib

https://m.facebook.com/story.php?story_fbid=pfbid0J4FFttpftBAfY9k3Ft7fC6TgZS9TvuD4rkYjtg4Gpz7K4dk5Ss6wUh4zWBjKTuhzl&id=100093015579968&mibextid=Nif5oz

Naxçıvan Dövlət Universitetinin gənc müəllimləri Naxçıvanda ilk dəfə təşkil edilən Karyera Formunda.

https://m.facebook.com/story.php?story_fbid=pfbid02QdHB2nCBXtkmSMnN7ugHx8Egq1gJG6UEq49RjCRR74shuDjP2Up5dfJs6nP4v1Wxl&id=100093015579968&mibextid=Nif5oz

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin  Mərkəzi Karyera Filialının Karyera planlaması şöbəsinin  aparıcı mütəxəssisi Nərgiz Bayramova tərəfindən Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələr üçün qrup konsultasiyası keçirilib

https://m.facebook.com/story.php?story_fbid=pfbid02vMpJu7DKR7TpQv7xLyEbfV4Rt4RF85pXpsYfujPi4dzDYEybThz5DkX9KbR1JU8Wl&id=100093015579968&mibextid=Nif5oz

50 il bundan öncə Fizika ixtisasını bitirən məzunlar Naxçıvan Dövlət Universitetində görüşüblər

https://m.facebook.com/story.php?story_fbid=pfbid087cjFaBYFfpgwVizZgjvkkSFRsDJnmSeUgf9RsyrghDXU3bVXGejVxyQdnwmwcmul&id=100093015579968&mibextid=Nif5oz

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsinə başlayan Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” ixtisası üzrə qiyabi şöbəsinin V kurs tələbələri Naxçıvan Biznes Mərkəzində olublar.

https://m.facebook.com/story.php?story_fbid=pfbid021Yh3zgQaWV1GyMUgUYCAKj5qLy3Dgkgmb2X5oZxg7RqL9j79MKY8wkpJpJb3zb7ql&id=100093015579968&mibextid=Nif5oz

NDU-da  qiyabi şöbədə təhsil alan tələbələrin  ixtisas təcrübələrinin başlanması ilə əlaqədar  olaraq başlanğıc konfrans keçirilib.

https://m.facebook.com/story.php?story_fbid=pfbid0F8rrrrJvTx2xPihqqd3oYBTFhD2robBeNRu4FDhWP4ywKmHizQsXc3AzdbsGPX7Wl&id=100093015579968&mibextid=Nif5oz

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən Naxçıvan Dövlət Universitetinin tələbələri “Cahan Holding”ə məxsus ENNA şirkətinin Naxçıvanda yerləşən enerji və sərinləşdirici içkilər zavodunun istehsal prosesi ilə tanış olublar.

Tanışlıq zamanı mütəxəsislər tərəfindən zavodun fəaliyyət istiqamətləri və istehsal prosesi barədə məlumat verilib. İstehsal müəssisəsinin Keyfiyyət və Prosesə Nəzarət şöbəsinin sınaq laboratoriyasında olan tələbələr istehsalın gigiyenik qaydalara əməl olunmaqla aparılmasına şahidlik ediblər.

https://www.facebook.com/share/p/Q3f1f7mfhRKoPSsD/?mibextid=oFDknk

Naxçıvan Dövlət Universitetinin Fizika ixtisasının məzunu, şair Əvəz Sevindikoğlunun “Söz sevgimdir” kitabının təqdimatı keçirilib.

https://www.facebook.com/share/p/xSCVk4xnD3ELGzuu/?mibextid=oFDknk

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsindən məzun olmuş Elvin Əliyev doğma universitetini salamladı.

https://www.facebook.com/share/v/sheYMdw4rDxLKLh3/?mibextid=oFDknk

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində istehsalat təcrübəsində olan Naxçıvan Dövlət Universitetinin V kurs “Mühasibat uçotu və audit” ixtisası üzrə qiyabi təhsil alan tələbələri arasında intellektual bilik yarışı keçirilib.

https://www.facebook.com/share/p/pRxgcazDnMQwjg7j/?mibextid=oFDknk 

04 oktyabr 2023-cü il tarixdə Naxçıvan Dövlət Universitetində istehsalat təcrübələrinin yekun konfransı keçirilmişdir. Qeyd edək ki, qiyabi şöbədə 02 oktyabr 2023-cü ildə başlanan istehsalat təcrübələri 03 oktyabr 2023-cü ildə yekunlaşşdır.

https://www.facebook.com/share/p/ydGoeAc6fT6zkKtz/?mibextid=oFDknk

Naxçıvan Dövlət Universitetinin məzunu Natiq Əliyev yüksək vəzifəyə təyin olunub.

https://www.facebook.com/share/p/55GUWMD5nyJJbizo/?mibextid=oFDknk

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçıllğı ilə "Peşələr Festivalı" lahiyəsi bu dəfə 9 noyabr 2023-cü il tarixində Naxçıvan MR Ordubad rayonunda keçirilmişdir. Naxçıvan Dövlət Universitetinin "Təcrübə və məzunlarla iş bölməsi" ilə Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşğına əsasən Naxçıvan Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi könüllülərindən ibarət bir qrup tələbə Ordubad rayonunda keçirilən "Peşələr Festivalı"nda iştirak etmiş və layihənin icrasına dəstək göstərmişdir

https://www.facebook.com/share/p/bezXeXrSxdfVLSPM/?mibextid=oFDknk

Məşhur məzunlarımızdan

NDU-nun məzunu olmuş məşhur xalq artisti doğma universitetini salamladı!

Naxçıvan Dövlət Univetsitetində Azərbaycanımız üçün canla-başla çalışan, xalqımızın fəxr etdiyi yüzlərlə alim, ziyalı, mədəniyyət xadimi, dövlət xadimi və s. təhsil almışdır. Onların içərisində Azərbaycan mədəniyyətinin inkişafında xüsusi rolu olan, özünəməxsus tərzi ilə seçilən, muğamın, el mahnılarının, dünya xalqlarının və müasir bəstəkarların mahnılarının gözəl ifaçısı, həzin və xüsusi, təkrarsız səs tonu ilə fərqlənən, səmimi və alicənab insan, Azərbaycanın xalq artisti İlqar Muradov da var. Xalq artisti təhsil aldığı univetsitetlə daim fəxr etdiyini bildirib.

Biz də NDU kollektivi adından İlqar müəllimi salamlayırıq. Ona can sağlığı və fəaliyyətində uğurlar arzulayırıq. NDU sizinlə fəxr edir!

https://www.facebook.com/share/v/i478E7gZ1jtB7ydR/?mibextid=oFDknk

24.11.2023-cü ildə 2005-ci ildə NDU-nun Tibb fakültəsindən məzun olmuş, hazırda İstanbul Maltepe Medikal Park xəstəxanasında uzman cərrah mama-ginekoloq kimi fəaliyyət göstərən Sevda Zamanovanın Tibb fakültəsinin tələbələri ilə "Uğurlu karyeraya gedən yol" mövzusunda görüşü keçirilib. Görüşdə dr. Sevda Zamanova tələbəlik illərindən bu günədək qazandığı uğurlardan, bu yolda ona dəstək olan müəllimlərindən, uğurlu karyerasının sirlərindən danışdıqdan sonra tələbələri maraqlandıran sualları da cavablandırıb. Görüş "Təcrübə və məzunlarla iş bölməsi"nin təşkilatçılığı ilə keçirilib.

https://www.facebook.com/share/p/3QPmyt21ERrLXzoh/?mibextid=oFDknk

Məzunu olduğu universitetdə illər sonra ustad dərsi keçib. 2005-ci ildə NDU Tibb fakültəsinin məzunu olmuş, hazırda isə İstanbul Medikal Park xəstəxanasının Uzman həkimi olan Sevda Zamanova bir vaxtlar təhsil aldığı fakültənin tələbələrinə ustad dərsi keçib.

https://www.facebook.com/share/p/wPrZCGvfnCvZkShb/?mibextid=oFDknk

Naxçıvan Dövlət Universitetindən Berlin Texnik Universitetinə uzanan yol

Şəhanə Hüseynova Naxçıvan Muxtar Respublikası Babək rayonunun Kültəpə kəndində doğulub. Naxçıvan Dövlət Universitetinin Kimya ixtisasının bakalavr və magistr səviyyələrini bitirib. Hazırda Almaniyanın Berlin şəhərində yaşayır və Berlin Texnik Universitetində tədqiqatçı alim olaraq çalışır. Ailəlidir və bir övladı var.

https://www.facebook.com/share/p/GD3ZDUZzq4ezVHSK/?mibextid=oFDknk

Naxçıvan Dövlət Universitetinin "Təcrübə və məzunlarla iş bölməsi"nin təşkilatçılığı ilə universitetin bir qrup müəllim və tələbə heyəti 02 dekabr 2023-cü ildə NanoSTEAM real-virtual laboratoriyası qrant layihəsi çərçivəsində "Tədris prosesində NanoSTEAM imkanları" adlı vebinara qoşulmuşdur.

https://www.facebook.com/share/p/gWrhyvJqumSNzMf5/?mibextid=oFDknk

Məzunlarımızla qürur duyuruq!

Naxçıvan Dövlət Universitetinin məzunu - Əməkdar müəllim, Tarix üzrə fəlsəfə doktoru, IV, V, VI çağırış Naxçıvan MR Ali Məclisinin Deputatı, Ali Məclisdə Sosial Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Şərur rayon Qadınlar Şurasının sədri - Məmmədova Yeganə Qurban qızı.

https://www.facebook.com/share/v/Fa3hTX4EyUKQ5ky8/?mibextid=oFDknk

Naxçıvan Dövlət Universitetində 2023-2024-cü tədris ilinin ikinci yarısında keçiriləcək pedaqoji internaturaların başlanğıc konfransı baş tutub. Konfransda ali təhsil ocağının professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, pedaqoji təcrübənin keçiriləcəyi ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin direktorları, pedaqoji təcrübəyə gedəcək tələbələr iştirak ediblər.

https://www.facebook.com/share/p/2kfBRUuZGrDPstUn/?mibextid=oFDknk

Naxçıvan Dövlət Universitetində 2023-2024-cü tədris ilinin ikinci yarısında keçiriləcək istehsalat təcrübələrinin başlanğıc konfransı keçirilib

Konfransda Təcrübə və məzunlarla iş bölməsinin müdiri Aynurə Seyidovanın “İstehsalat təcrübəsinin təşkili və keçirilməsi”, Coğrafiya kafedrasının baş müəllimi Əli Qurbanovun “Təcrübə rəhbərlərinin görəcəyi işlər” mövzularında çıxışları dinlənilib.

https://www.facebook.com/share/p/kFQQ15aMoGQpNBcN/?mibextid=oFDknk

Naxçıvan Dövlət Universitetinin 64 ixtisas üzrə təhsil alan 153 magistrantı elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrdə iştirak edəcək. NDU-da magistrantların elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrinə həsr edilən konfrans keçirilib. 

Konfransda Pedaqoji fakültənin məsləhətçi professoru, pedaqogika elmləri doktoru İsmayıl Əliyev “Magistr dissertasiyalarının hazırlanmasına verilən tələblər”;

Magistratura və doktorantura mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev “Elmi-tədqiqat və elmi-pedaqoji təcrübə zamanı magistrantların qarşısında duran vəzifələr”;

Təcrübə və məzunlarla iş bölməsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Aynurə Seyidova “Elmi-tədqiqat və elmi-pedaqoji təcrübə zamanı təcrübə rəhbərlərinin vəzifələri” mövzularında çıxış ediblər.

https://www.facebook.com/share/p/kmrLWzhqHMANFGsh/?mibextid=oFDknk

Pedaqoji internaturada olan Naxçıvan Dövlət Universitetinin tələbələri ümumtəhsil məktəblərində keçirilən Xocalı soyqırımına həsr edilən tədbirlərdə fəal iştirak ediblər.

https://www.facebook.com/share/p/QQJvUfTh53mtYJyE/?mibextid=oFDknk

Məzunlarımızla fəxr edirik!

2005-ci ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsindən məzun olmuş Sevda Zamanova, uzman cərrah mama-ginekoloq kimi çalışğı İstanbul Maltepe Medikal Park Xəstəxanasından doğma universitetini salamladı.

https://www.facebook.com/share/v/CG4oczRAUUTZqBsC/?mibextid=oFDknk

Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin "Məşqçilik" ixtisası üzrə IV kurs təcrübəçi tələbələri pedaqoji internaturada olduqları Naxçıvan şəhər A.Nəzəliyev adına 16 N-li tam orta məktəbdə "5 Mart Bədən tərbiyəsi və idman günü"nə həsr edilmiş voleybol üzrə siniflər arası yoldaşlıq görüşü təşkil ediblər. Görüş məktəb şagirdləri tərəfindən maraqla qarşılanıb və onlar bu yarışda böyük həvəslə iştirak ediblər. Bədən tərbiyə və idman kafedrasının müdiri Əvəz Tağıyev və təcrübə rəhbəri Nazim Əliyev təcrübəçi tələbələri görüş boyu izləyib və lazımi tövsiyyələrini verib.

https://m.facebook.com/story.php?story_fbid=pfbid0BLEjtg6cG2fUbn3eKcadwNXCyNNWQfQnEqr2nNuGRmFgBPDPkJ6AGBXBnKMhh5fMl&id=100093015579968&mibextid=Nif5oz

Magistratura səviyyəsi üzrə elmi tədqiqat təcrübəsinin yekun hesabatı keçirilib

Magistratura və doktorantura mərkəzində 9 kommissiya üzrə təşkil olunan hesabatda 150 dən çox magistrant iştirak edib.

Komissiyalar tərəfindən magistrantların hesabatları dinlənilib və təcrübənin yekun qiymətləndirilməsi aparılıb.

https://www.facebook.com/share/p/e4K4CGu4zJ8QzJ6p/?mibextid=oFDknk

Naxçıvan Dövlət Üniversitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Biologiya ixtisası, Biologiya müəllimliyi, həmçinin Torpaqşünaslıq və Aqrokimya ixtisası üzrə təcrübəçi tələbələrinin “Naxçıvan Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə gəzintisi təşkil olunub. Müəssisənin icraçı direktoru Canməmməd Canməmmədov tələbələrəəssisə haqqında ətraflı məlumat vermişdir. Ətraflı məlumatdan sonra tələbələr müəssisədə istehsal olunan məhsullar və istehsalat prosesi ilə yaxından tanış olublar. Sonda çay süfərisi ətrafında keçirilən səmimi görüşdə fakultənin dekanı Bəhruz Məmmədov, dekan müavini Hilal Qasımov müəllim Raifə Salmanova vəəssisənin rəhbəri Şakir Tarverdiyev tələbələrlə səmimi söhbət aparmış və onları maraqlandıran sullar cavablandırlmışdır.

https://www.facebook.com/share/p/osvCUFBQPi5V5Nvg/?mibextid=oFDknk

18 mart 2024-cü il tarixdə Heydər Əliyev adına tam orta məktəbdə pedaqoji intetnaturada olan Naxçıvan Dövlət Universitetinin təcrübəçi tələbələri "Elimizə Novruz gəlir" adlı tədbir keçiriblər. Tədbirdə ilk olaraq Dövlət himni səslənmiş, daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimiz yad edilmişdir.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məlahət Rüstəmova hər kəsin Novruz bayramını təbrik etmişdir. Daha sonra məktəbin şagirdləri şeirlər, musiqi nömrələri, milli adət-ənənələrimizin əks olunduğu səhnəciklərlə çıxış etmiş, izləyiciləri Novruz bayramının qeyd olunduğu türk dövlətlərinin dilində təbrik etmişlər. Sonda NDU-nun Təcrübə və məzunlarla iş bölməsinin müdiri Aynurə Seyidova, məktəb kollektivinə tələbələrə yaratdığı şəraitə görə təşəkkür etmiş, NDU kollektivi adından müəllim və tələbələrin Novruz bayramını təbrik edərək, tədbirdə əməyi keçən hər kəsə - şagirdlərə, tələbələrə, pedaqogika üzrə təcrübə rəhbərlərinə və xüsusilə təcrübəçi tələbələrə yaxından dəstək olan Heydər Əliyev adına orta məktəbin musiqi müəllimi Könül Mirzəyevaya təşəkkür etmişdir. Tədbirin bədii hissəsi bitdikdən sonra hər kəs "Novruz süfrəsi"ndə toplaşşdır.

https://www.facebook.com/share/p/osvCUFBQPi5V5Nvg/?mibextid=oFDknk

18 mart 2024 -cü il tarixində Naxçıvan şəhər M.Seyidov adına 15 nömrəli tam orta məktəbdə pedaqoji internaturada olan Naxçıvan Dövlət Universitetinin tələbələri "Novruz gəlir, Yaz gəlir!" adlı tədbir keçiriblər. Tədbirə Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tələbələr daha sonra vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. Tədbiri giriş sözü ilə NDU-nun Təcrübə və məzunlarla iş bölməsinin müdiri Aynurə Seyidova açaraq məktəb kollektivini və tələbələri Novruz bayramı münasibətilə təbrik etmiş və onlara uğurlar arzulamışdır. Məktəblilərin bir-birindən rəngarəng nömrələrlə çıxış etməsi, kosa ilə keçəlin deyişməsi hər kəs tərəfindən maraqla qarşılanıb. Sonda tədbirdə iştirak edən şagirdlərə diplom təqdim edilmişdir.

https://www.facebook.com/share/p/7zujdECHdJATy7mB/?mibextid=oFDknk 

Naxçıvan Dövlət Universitetinin Texnologiya müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Nərmin Abdullayevanın pedaqoji internaturada olduğu Heydər Əliyev adına tam orta məktəbdə "Novruz"a həsr edilmiş fərdi sərgisi keçirilib. Sərgidə Nərmin xanımın şəxsinə aid olan qədim xalçaçılıq, toxuculuq, kulinariya nümunələri və sınaq dərslərində məktəblilərlə birgə hazırladığı müxtəlif əl işləri sərgilənib. Məktəb kollektivi tərəfindən maraqla qarşılanan sərgidə məqsəd yeni nəsilə adət-ənənələrimizin, mədəniyyətimizin aşılanması olmuşdur. NDU-nun İbtidai sinif, məktəbəqədər və texnologiya kafedrasının müdiri, dosent Mətanət Quliyeva, pedaqoji fakültənin dekanı, dosent Vəli Əliyev və Heydər Əliyev adına tam orta məktəbin direktotu Məlahət Rüstəmova sərgidə iştirak edənlər arasında olmuşlar. Onlar çıxış edərək sərginin əhəmiyyətini vurğalmış, milli ruhumuza, adət-ənənəmizə, mədəniyyətimizə həsr edilən işlərin davamlı olmasının vacibliyini bildirmişlər. Sərgiyə baxışdan sonra məktəblilər şerlər, mahnılar söyləmiş, müxtəlif səhnəciklərlə çıxış etmişlər. Nərmin xanıma uğurlar arzulayırıq.

https://www.facebook.com/share/p/spJkQYwcBTrTT7pG/?mibextid=oFDknk